Laboratoriya mütəxəssisi

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 10.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Kimya, Biologiya sahəsində ali təhsil;.
  • Göstərilən vəzifə üzrə ən azı 2 illik iş təcrübə;
  • MS Office (MS Excel) proqram bilikləri;
  • Rus dili biliyi əlavə üstünlükdür;
  • Laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını bilməli;
  • Xammal və istehsal olunan hazır məhsulun keyfiyyəti üzrə fəaliyyətdə olan normativ sənədləri ilə işləmə bacarığı;
  • Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət etməsi;
  • Xammalın, suyun, köməkçi materialların, istehsal olunan məhsulların və yarımfabrikatlara dair sınağın onların standartlara uyğunluğuna nəzarətin (orqanoleptiki, fiziki-kimyəvi) təmin edilməsi;
  • Laboratoriyanın gündəlik temperatur və rütubətini yoxlayıb və qeydlərin yaradılması
  • Sınaqlarının nəticələrinin düzgünlüyünü ,obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi;
  • Analizin aparılması zamanı aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasına dair tədbirlərin görülməsi; -
  • Kimyəvi reaktiv və məhlulların hazırlanması, hazırlanan reaktivlərin qeydiyyatının aparılması və saxlama müddətinə nəzarət edilməsi
  • İstehsalat avadanlıqlarına, (çən və s.) yuyulmadan sonrakı nəzarəti təmin edilməsi ( fiziki-kimyəvi analizlərlə);
  • İşçilərin əllərindən  və geyimindən yaxma götürülərək mikrobioloji analizin aparılması;
  • Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və tənzimləmələrinin qeydiyyatın aparılması.
  • Qeydiyyatların  saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirilməsi;
  • Laboratoriyada istifadə olunan cihazların kalibrasiya və tənzimləmələrini plana uyğun  olaraq həyata keçirilməsi;

İş şəraiti: 

  • İş yeri: Pirəkəşkül qəsəbəsi 
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Laboratoriya mütəxəssisiyazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.