Layihə meneceri

İşin təsviri

İş barədə:

  • İllik layihələrin satışı və təşkili
  • Potensial müştərilərlə ünsiyyət (zənglər, görüşlər)
  • Müvafiq sənayenin monitorinqi və təhlili
  • Marketinq şöbəsi ilə birlikdə layihələrin təhlili
  • Materialların hazırlanmasına nəzarət edilməsi
  • İştirakçılar, potensial müştərilər, dövlət dəstəyi qurumları, tərəfdaşlarla etibarlı uzunmüddətli əlaqələrin qurulması
  • Keçmiş sərgi haqqında hesabatın hazırlanması (qiymətlər, iştirakçıların siyahısı)
  • Sərgi konsepsiyasının hazırlanması
  • Sərgi çərçivəsində tədbirlərin məzmunu üzərində iş
  • Görüşlərin keçirilməsi (strategiya və logistika)
  • Sponsorluğun və reklamın satışı üçün şirkətlərin siyahısının hazırlanması
  • Partnyorlarla həftəlik iş, satışların izlənməsi
  • Sponsorluğun, reklamların və əlavə reklamların satışı
  • Xaricdəki sərgilərdə iş, ezamiyyət hesabatının tərtib edilməsi
  • Həftəlik iş planının və hesabatının hazırlanması
  • Reklam kampaniyasının yoxlanılması və ziyarətçiləri cəlb etmək üçün planın hazırlanması
  • Sərgi ilə bağlı mətbuat konfransında təqdimat
  • Müştərilərlə iş üzrə menecerin işinin gündəlik monitorinqi (ödənişlərin və müqavilələrin yoxlanılması, saytın yoxlanılması)
  • Texniki şöbə ilə həftəlik iş
  • Sərgidə iştirakçılarla iş və koordinasiya

Tələblər:

  • Humanitar/İqtisadi sahə üzrə bakalavr ali təhsili;
  • Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), Internetdə işləmə bacarığı);
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli;
  • Satış sahəsində 2-5 il iş təcrübəsi olmalı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə meneceri”  yazaraq elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Email: [email protected]

Caspian Event Organisers tərəfindən digər vakansiyalar