Təmir işləri üzrə texnik

  • Saffron Group
  • Elanın qoyulma tarixi: 24.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Restorana nəzarət etmək, sağlamlıq və təhlükəsizlik standartlarına cavab vermək üçün mexaniki avadanlıqların saz vəziyyətdə işləməsini təmin etmək;
  • Elektrik avadanlıqlarının təmirini icra etmək ( xətalı lampaların və enerjyə qoşulma girişlərinin dəyişdirilməsi, elektrik panelində cərəyan ayrıcılarının vaxtaşırı təmiri);
  • Lazım gəldikdə havalandırma soyutma və başqa texniki təchizatların qurulmasında yaxından iştirak etmək və lazımi texniki xidmətlərin gostərilməsini təşkil etmək;
  • Yanğından mühafizə sistemlərinə texniki qulluq və lazım gəldikdə texniki müdaxilə etməyi bacarmaq;
  • Ehtiyac olduqda digər texniki işləri görmək (kilidlərin ya açarların, sınıq şüşələrin dəyişdirilməsi, dülgər, malyar, boyama, santexnika işləri və s).

Əsas tələblər:

  • Texnik kimi təcrübə;
  • Elektrik, mexanik və digər sistemlər haqqında təcrübəyə və biliklərə malik olmaq;
  • İsitmə, Soyutma, Havalandırma sistemlərində bilik və bacarıqların olması arzu ediləndir;
  • Restoran və yaxud turizm sahəsində təcrübəyə üstünlük verilir.

Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 10.05.2022-ci il tarixinədək göndərə bilərlər. 

Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.

 

Saffron Group tərəfindən digər vakansiyalar