İT üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 19.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Group” ASC-nin tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
Vəzifə: İT üzrə mütəxəssis

VƏZİFƏLƏRİ:

1. İT və telekomunikasiyasının idarə edilməsi, istifadəçilərə məsləhətlər verilməsi;
2. Şirkət kompüterlərinin, şəbəkə və digər ofis avadanlıqların saz vəziyyətdə saxlanılması, avadanlıq, proqram, periferiya və printerlərin dəstəklənməsi;
3. Şəbəkə və internet infrastrukturunun quraşdırılması və ofis avadanlıqlarının dəstəklənməsi;
4. Microsoft Office, Anti-Virus sistemlərinin, firewall, Microsoft Windows XP/Vista/Seven və s. əməliyyat sistemlərinin yüklənilməsi;
5. Ofis şəbəkəsinin, kompüterlərin antivirus proqramının idarə edilməsi, spamlardan qorunması, antivirusların yenilənməsi;
6. Microsoft Windows XP/Vista/Seven və Microsoft Office proqramlarının istifadəçilər tərəfindən tətbiq olunması üzrə köməklik göstərilməsi;
7. İT təhlükəsizliyinin təmin olunması;
8. İT layihələrinin icrasında iştirak edilməsi;
9. Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
10. Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
11. Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;
12. Birbaşa rəhbərinin konkret tapşırıq və göstərişlərini yerinə yetirilməsi.


TƏLƏBLƏR:

1. 25-35 yaş.
2. Ali təhsilli.
3. Azərbaycan, rus və ingilis dillərini bilmək.
4. Müəssisədə olan serverlərin idarə olunması və texniki xidmətin göstərilməsi.
5. Yeni kiçik və ya böyük ölçülü şəbəkələrin yaradılması və idarə olunması.
6. Windows əməliyyat sistemi haqqında biliklər.
7. 3 il iş təcrübəsi.

Elaqə yaratmaq üçün email ünvanı [email protected]
Email göndərilərkən mövzu hissəsinə "İT üzrə mütəxəssis" başlığı yazılmalıdır.