Metodologiya üzrə mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin fəaliyyətini tənzimləyən daxili normativ sənədləri aidiyyəti struktur bölmələrlə birgə hazırlamaq, yeniləmək və onların təkmilləşdirməsi işində iştirak etmək;
  • Bankdaxili normativ sənədlərin reyestrini təşkil etmək və aparmaq;
  • İcraatında olan normativ sənədlərin icra statusu ilə bağlı dövri hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Tələblər:

  • Ali təhsil (iqtisadi/hüquqi istiqamətlərdə);
  • Maliyyə/iqtisadiyyat/hüquq sahələrində ən azı 6 (ay) iş təcrübəsinə;
  • Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktları ilə tanış olan;
  • Fikirlərin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi bacarığına malik;
  • MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir

İş rejimi: həftənin 5 günü, 09:00-18:00
İstirahət: Şənbə və bazar günləri

Zəhmət olmasa CV - nizi fotoşəkili ilə elektron poçt ünvanına "Metodologiya üzrə mütəxəssis" yazıb göndərin. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə saxlanılacaq.

Email: [email protected]