Korporativ satış şöbəsinin müdiri

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Tabeliyində olan işçilərə rəhbərlik etmək
  • Satış proqramının hazırlanmasına nəzarət etmək
  • Korporativ müştəri bazasının formalaşdırılması
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək və digər satış təmsilçilərinin bu sahədəki işlərinə nəzarət etmək
  • Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olmaq və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparmaq
  • Satış gücünü idarə etmək
  • Satış təmsilçiləri arasında iş bölgüsünü aparmaq
  • Satışın satış təmsilçiləri tərəfindən düzgün aparılmasına nəzarət etmək
  • Satış prosesini yaxından izləmək və bu prosesin gedişatı barədə rəhbərliyə məlumat vermək
  • Sənədləşmə prosesinə nəzarət etmək.
  • Şöbədə çalışan işçilərin gördükləri işin effektivliyinin yüksəldilməsi istiqamətində işləmək
  • Şirkətin keyfiyyət siyasəti və hədəfləri istiqamətində işləməli
  • Yeni məhsullar, onların xüsusiyyətləri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə mütamadi iştirak etmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Mövcud sahədə iş təcrübəsi- 5 il
  • Şirkətin satış siyasətini idarə etmək təcrübəsi olmalı
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı
  • Yerli bazarın tələbatlarından xəbərdar olmalı
  • MS Office bilikləri – əla
  • Azərbaycan dili -əla, Ingilis dili və Rus dili- arzuolunandır
  • Sürücülük vəsiqəsi: B
  • Ezamiyyətlərə açıq
  • Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalıdır

İş şərtləri:

  • İş saatı: I-V günlər 09:00-dan 18:00-dək, VI gün 12:00-dən 15:00-dək 
  • İstirahət günü bazar günüdür 
  • Şirkət tərəfindən yanacaq və korporativ nömrə ilə təmin edilir 
  • Əmək haqqı: Namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir.
  • Aylıq bonus və rüblük motivasiya.

CV-ləri aşağıda qeyd olunan  [email protected]  e-mail adresinə göndərməyiniz xahiş olunur.