Kommersiya departamentinin direktoru

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 16.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: Kommersiya departamentinin direktoru

VƏZİFƏLƏRİ :

• Cəmiyyətin kommersiya fəaliyyət sahəsi üzrə işlərin təşkil edilməsi;
• Bütün  satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərini müəyyənləşdirilməsi və cəmiyyətin istehsal etdiyi məhsulların satış həcminin proqnozlaşdırılması;
• Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
• TDŞ-nin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi və işin təşkil edilməsi;
• Hazır məhsulun qəbuluna, saxlanılmasına və anbardan buraxılmasına nəzarətin həyata keçirilməsi;
• İşəgötürənin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edilməsi;
• Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
• Rəhbərlik etdiyi işçilərin  işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
• Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
• Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

TƏLƏBLƏR:

• Ali təhsil
• 5 ildən az olmayan bu sahədə staj
• Aktivlik, kreativlik və analitik düşünmə qabiliyyəti
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq
• Bazar iqtisadiyyatını, sahibkarlıq və biznesin idarə edilməsinin əsaslarını bilmək
• Təqdim etmə bacarığı
• Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
• MS Office-də işləmək bacarığı
• İngilis dili, Rus dilində sərbəst danışmaq bacarığı
             

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Kommersiya departamentinin direktoru başlığı yazılmalıdır.