Data analitika üzrə menecer

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 14.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
  • Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi;
  • Müvafiq məhsullar üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanı araşdırmaq və bununla bağlı təkliflər vermək;
  • Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
  • Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
  • Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
  • Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı;
  • Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
  • Optimallaşmış SQL sorğularla müxtəlif reportların alınması;
  • Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Riyaziyyat, Statistika, Ehtimal nəzəriyyəsi, Kompyüter elmləri, Data elmləri sahələri üzrə bakalavr dərəcəsi;
  • Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər;
  • Power BI işləmə bacarığı;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Struktur bölmənin fəaliyyətinin planlanması və təşkili;
  • İşlərin strukturlaşdırılması və iş səmərəliyinin artırılması;
  • Komanda üzvlərinin fəaliyyətini nəzarətdə saxlamaq;
  • KPI lövhələrinin yaradılması və yenilənməsi;
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
  • İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
  • Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq;
  • Ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, e-mail ünvanına göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi