SƏTƏMM üzrə mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 15.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: SƏTƏMM üzrə mütəxəssis

VƏZİFƏLƏRİ :

• Keyfiyyət sahəsində siyasətin hazırlanması və tədbiqində iştirak edilməsi;
• Keyfiyyət sahəsində təşkilatın qarşısına qoyulan məqsədləri həyata keçirilməsi;
• Keyfiyyət idarəetmə sənədlərinin hazırlanması, paylanması, tətbiqi vacib olan prosedurların, göstərişlərin nəzarətdə saxlanılması və onlara lazımı  dəyişikliklərin daxil edilməsi;
• Keyfiyyət idarəetmə proseslərinin tələb olunan səviyyədə işləməsinə səy göstərilməsi;
• Keyfiyyət idarəetməsinin təşkilatda fasiləsiz təkmilləşdirmə prosesinin təmin edilməsi;
• Cəmiyyətin işçilərinə keyfiyyət idarəetmənin tələbləri haqqında təlim keçilməsi;
• İstehsalat travmatizminin və xəstəliklərinin vəziyyətinin və səbəblərinin uçotu və analizinin aparılması;
• Travmatik təhlükəsizliyin qiymətləndirilməsi zamanı təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkil edilməsi və aparılması;
• Müvafiq şöbələrin nümayəndələrilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
• Travmatizmin və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər şöbələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması;
• İşçiləri tibbi müayinəyə göndərilməsi;
• İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması;
• Əməyin mühafizəsilə bağlı Qanunvericiliyə uyğun hesabatın hazırlanması;
• Mühasibat şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək ayrılması üçün müraciət edilməsi;
• İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi;
• Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
• Ətraf mühitin mühafizəsi tədbirlərilə əlaqədar lazımi vəsaitlərin əldə edilməsi;
• Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
• İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• 25-35 yaş
• 3 ildən artıq bu sahədə staj
• MS Office
• İngilis dili, Rus dili
             

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Keyfiyyət və SƏTƏMM üzrə mütəxəssis başlığı yazılmalıdır.