İşin təsviri
İş barədə məlumat:
- LOGO proqram təminatını istifadə edən istifadəçilərə rəhbərlik tərəfindən müəyyən edilmiş yeni istifadəçi səlahiyyətlərin verilməsi və ya alınması
- LOGO proqram təminatında çıxan problemlərin təhlili və həlli
- LOGO proqram təminatı istifadəçilərinin yeni istəklərinin təhlili və mümkün həlli
- LOGO proqram təminatı üzrə məlumatların sistemə daxil olunması
- LOGO proqram təminatında çap formalarının hazırlanması
- LOGO proqram təminatında hesabat formalarının hazırlanması
Namizədə tələblər:
- Kompüter elmləri və ya müvafiq sahə üzrə ali təhsil
- LOGO proqram təminatı haqqında bilik və azı 1 il iş təcrübəsi
- SQL bilikləri
- Riyazi hesablama aparma və satış, logistika, maliyyə haqqında ilkin analitik bacarıqlar
- Komandada işləmə bacarığı
- Dil bilikləri - Azərbaycan dili, türk dili (Rus dili və ingilis dili – arzu olunandır)
- Lazım gəldikdə bölgələrə ezamiyyələrə getməyə hazır olmalıdır
İş şəraiti:
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı: namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyənləşəcək+layihədən bonuslar
- İş qrafiki: həftənin 5 günü, saat 9:00-dan 18:00-dək.
Maraqlanan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “LOGO sistem administratoru” sözlərini qeyd etməklə elektron ünvanına göndərməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar
Email: [email protected]