Satış üzrə koordinator

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 15.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: Satış üzrə koordinator

Vəzifə öhdəlikləri :

• 1C və EXCEL proqramlarında müştərilər, məhsullar, kontragentlər üzrə satış informasiyalarının qruplaşdırılması, hesabatların hazırlanması, satış göstəricilərinin nəzarətdə saxlanılması;
• Satış şöbəsinin müdirinə işlərində dəstək olunması;
• Maliyyə, anbar və satış arasında koordinasiya yaradılması və  bu şöbələr arasında sənədləşmə işlərinin yerinə yetirilmısi;
• Məhsul və satış şərtləri ilə bağlı müştərilərə lazımı məlumatlar verilməsi; 
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Bilməlidir:

• EXCEL
• 1C proqramı
• Staj - 3 ildən 5 ilədək
• Yaş - 25-35
• Dil bilgiləri  - Rus dili, İngilis dili

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Satış üzrə analitik-koordinator başlığı yazılmalıdır.