Elektrika üzrə mühəndis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
  • Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
  • Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
  • Elektrik yükünün hesablanması;
  • Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
  • Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
  • Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;

Namizədə tələblər:

  • İxtisası üzrə ali təhsil;
  • Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
  • Elektrik sxemlərini tərtib etmək bacarığı;
  • Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
  • Kompüter bilikləri (MS Office , Autocad və  xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
  • Komandada işləmə bacarığına malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “Elektrika üzrə mühəndis” qeyd edərək göndərə bilərlər.

Email: [email protected]