Mühasib

  • Company
  • Elanın qoyulma tarixi: 10.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
  • Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Aylıq, rüblük və illik Vergi ( ÖMV, gəlir, mənfəət  və s.) , DSMF və Statistika və digər əlaqəli hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi, Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
  • Məzuniyyətlərin sistemləşdirilməsi, ərizələrin və ƏMR-ləşmələrin edilməsi;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Maliyyə Menecerinin tələb etdiyi digər vəzifə öhdəlikləri;

Namizədə tələblər:

  • Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi ;
  • AR Vergi və Əmək məcəlləsi üzrə nəzəri biliklər və praktiki təcrübə;
  • Milli mühasibat uçotu standartları üzrə biliklər;
  • E-gov.az, e-taxes.gov.az, e-sosial.az portallardan istifadə bacarığı və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
  • 1C proqramında mükəmməl işləmə bacarığına sahib olmaq;
  • Microsoft Office proqramları (xüsusilə Excel) əla bilmək ;
  • Disiplin, məsuliyyət, dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Əla Azərbaycan dili və praktiki İngilis dili;

Təklif:

  • Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı Net: 600-800 AZN
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Gənc, dinamik komandanın bir hissəsi olmaq.

Ünvan: Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi.

Müraciət üçün “Mühasib” başlığı ilə CV və qısa istək məktubunuzu [email protected] email ünvanına  göndərə bilərsiniz.

Son  müraciət tarixi: 08.05.2022