Anbardar

İşin təsviri

İş barədə məlumat:

  • Əmək haqqı: 800 (net);
  • İş rejimi: 5 günlük, 09:00-18:00;
  • İstirahət günü: Şənbə və Bazar;
  • İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
  • Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
  • Mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;
  • Çox sürətli karyera yüksəlişi təklif edilir;

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan məhsulların qəbulu və qeydiyyata alınması;
  • Məhsulların FİFO qaydasına uyğun olaraq anbarda yerləşdirilməsi;
  • Anbar uçotunun aparılması;
  • Mövcud məhsul qalıqlarının sayılması;
  • Anbarda keçirilən sayımlarda iştirak edilməsi;
  • Anbar təsərrüfatı üzrə hesabatın tərtib edilməsi;
  • Anbarda olan məhsulların qorunub saxlanmasını təmin edən qaydalara mütləq riayət edilməsi;
  • Anbarda, məntəqədə əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında təchizat və ya mühasibatlıq xidmətinə qaytarılmasının təşkil etmək;
  • Anbara qəbul edilən və anbardan sahələrə verilən mal-materal və məhsulların müntəzəm şəkildə elektron və kağız daşıyıcılarda hesabatının aparılması və eyni zamanda ümumi elektron bazaya işlənilməsinin təmin edilməsi;
  • Anbardan çıxan məhsulların məsul şəxslərə verilməsinin təmin edilməsi, bununla bağlı sənədləşmənin tamamlanması, ümumi bazaya işlənilməsi, xüsusi məlumatların qeyd etdirilməsi və adiyyəti şəxslərə imza etdirilməsi;
  • Tələb edilən formada və müddətlərdə rəhbərliyə dürüst hesabat vermək;

Tələblər:

  • Cinsi: Kişi;
  • Təhsil: Ali təhsil üstünlükdür;
  • Təcrübə: 2 ildən çox müvafiq sahədə iş təcrübəsi;
  • MS ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • 1C yaxud hər hansı bir anbar proqramında sərbəst işləmə bacarığı;
  • Avtomobil olması üstünlükdür;
  • Azərbaycan dilində sərbəst unsiyyət bacarığı;
  • Dürüstlük;
  • Əzmkarlıq;

Əgər ölkənin lider quşçuluq müəssələrindən olan “Qaraqaşlı Broyler” ASC-də karyeranızı davam etdirmək istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Anbardar” başlığı ilə elektron ünvanımıza göndərə bilərsiniz.

Son gün: 30 Aprel, 2022

Ünvan: Nərimanov r-nu, Əhməd Rəcəbli küç., 46N