Hesabat üzrə mütəxəssis\data analitik

  • GENS Elektrik
  • Elanın qoyulma tarixi: 31.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • 1C ERP proqramında olan verilənlər əsasında rəhbərlliyin tələbinə əsasən hesabatların hazırlanması ;
  • Verilənlər bazasının qurulması və təhlli;
  • Həftəlik, aylıq, illik satışların və müştəri bazasının təhlili;
  • Həftəlik, aylıq, illik mal-material ehtiyyatların və hərəkətinin təhlili;
  • Təhlil və tapşırıqlar əsasında hesabatların hazırlanması və aidiyyati şöbələrə məlumatların ötürülməsi;
  • Tələbə əsasən hesabatların vizuallaşdırılması;
  • Hesabatlar əsasında rüblük, yarımillik, illik planlamanın hazırlanması (şöbələr üzrə);
  • Təhlil zamanı aşkar olunan itkilər\zərərlər və uyğunsuzluqlar haqda rəhbərliyin vaxtında məlumatlandırılası;
  • Rəhbərliyin tapşırığı əsasında digər əməliyyatların aparılması və təhlili.

Namizədə olan tələblər:

  • Təhsil : Maliyyə,Tədbiqi riyaziyyat və digər riyazi elmlər üzrə təhsil mütləqdir;
  • Dil bilikləri: Azərbaycan, Rus  mükəmməl, ingilis dili  (orta).
  • Excel  üzrə yüksək biliyə malik olmalı
  • 1C proqramında məlumat bazası ilə işləmə və analitik düşünmə bacarığı
  • Problemləri həll etmə bacarığı
  • Məntiqi  düşünmə bacarığı
  • Düzgünlük və dəqiqlik.
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır.
  • Qeyd olunan sahə üzrə minimum 1 il təcrübəsi olmalıdır.

İş şərtləri:

  • İş vaxtı 09:00 - 18:00 (6 günlük iş həftəsi)
  • İstirahət: Bazar günü.
  • Şirkət tərəfindən korporativ nömrə, telefon və digər ofis ləvazimatları ilə təmin olunur.
  • Əmək haqqı 800 – 1000 AZN
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 185

Əlaqə: Aynur x. Mob: (051)703 96 96.