Xadimə

İşin təsviri

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı: Xadimə

İş yeri: Bakı, Azərbaycan
İş rejimi: 08:00-17:00
Əmək haqqı: Qarşılıqlı razılaşmaya əsasən
Yaşı və cinsi: 26-50, qadın

Əsas vəzifə öhdəlikləri:

• Bütün xidməti otaqların, ofisin, anbarların, ayaqyolların, koridorların, pilləkənlərin yığışdırılması.
• Mebellərdən, avadanlıqlardan və s. cihazlardan tozu alınması, divarların, döşəmələrin, pilləkənlərin, pəncərələrin və s. təmizlənməsi və əl ilə ya da müxtəlif vasitələrin köməyi ilə yuyulması.
• Zibilin və tullantıların yığılması və müəyyən yerə daşınması. Zibil qabların yerləşdirilməsi, təmizlənməsi və dezinfeksiyası.
• Təmizlənən yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edilməsi.
• Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi.
• Şirkətin daxili iş qaydalarına riayət edilməsi.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Orta təhsil;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

 

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar