Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
  • Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət təmin etmək;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlamaq və arxivləşdirmək.
  • İclas Protokollarınını və aktlarını hazırlamaq;
  • Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək;

Tələblər: 

  • Ali təhsil;
  • Azərbaycan, rus, ingilis dilləri üzrə biliklər üstünlükdür;
  • Yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
  • Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
  • Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
  • Fərdi və komanda tərkibində işləmək bacarığı; 
  • Kompüter bacarıqları (MS Word, Excel - yüksək səviyyədə, Outlook, Internet və digər).

Namizəd qismində iştirak etmək istəyən şəxslər CV-lərini mövzu yerinə "Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis" yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər.