Dəmirçi-rəngsaz

  • AZ Logistika
  • Elanın qoyulma tarixi: 21.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətə məxsus avtomobillərin təmiri, avtocilalama xidməti göstərmək
  • Avtomobillərin təmir edilmiş hissələrini rəngləmək
  • Avtonəqliyyat vasitələrini təmir etmək üçün zəruri olan əşyaların təmin edilməsi ilə aidiyyəti şəxslərə müraciət etmək
  • İstifadə etdiyi alətləri qorumaq və avadanlıqlara lazım olan texniki qulluğu göstərmək
  • Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək
  • Vəzifəsinin icrası ilə əlaqədər tapşırıqları yerinə yetirmək
  • Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək
  • Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
  • Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şəraiti: 

  • İş qrafiki: Bazar ertəsi – Şənbə: 8:00 - 17:00
  • Yaş həddi: 55 yaşa qədər
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

 

Email:  [email protected]