İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;
 
	- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
 
	- Daxil olmuş sorğulara rəy və izahatlar vermək;
 
	- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
 
	- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
 
	- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
 
	- Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
 
	- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
 
	- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
 
	- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
 
	- Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.
 
Vəzifəyə dair tələblər:
	- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır)
 
	- Hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
 
	- Microsoft və ofis proqramlarını bilmək;
 
	- Dil biliyi (İngilis dili məcburi)
 
	- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
 
İş şəraiti:
·        Həftənin 5 günü, saat 09:00-dan 18:00-a kimi
·        Port Baku Residence yaxınlığında ofis (Üzeyir Hacıbəyov küç 57)
·        Sürətli iş mühiti
·        Gənc komanda
Əgər tələblərimizə cavab verirsinizsə və bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi [email protected] ünvanına göndərin.