Marka Meneceri

  • Elanın qoyulma tarixi: 08.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Yaşı : 25 - 40
  • Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
  • Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi olmalı;
  • Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
  • Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
  • FMCG sektorunda təcrübəsi üstünlükdür;
  • Dizayn proqramlarını bilməsi üstünlükdür;
  • Xaricə səyahət üçün heç bir məhdudiyyətin olmaması.

İş haqqında:

  • İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
  • Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
  • Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
  • Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
  • Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
  • Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
  • Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
  • Xaricdə və ölkə daxilində keçirilən şirkət tərəfindən seçilmiş sərgilərdə şirkətin iştirakı üçün bütün lazımı işləri aparır.

Biz təklif edirik:

  • Rəsmi iş.
  • Rəqabətli əmək haqqı.
  • İş qrafiki -  5/2.
  • Əmək haqqı müsahibə əsasında formalaşacaqdır.

Email: [email protected]