Azərbaycan dili / ədəbiyyatı müəllimi

İşin təsviri

Dünya Məktəbi 2009-cu ildən etibarən IB məktəbi statusu almışdır. Dünya IB School adı ilə Beynəlxaq Bakalavr Təşkilatı-İnternational Baccalaureate Organization-IBO-nun üzvü olmuşdur.

IB təşkilatı təhsilə məzmun və forma baxımından böyük yeniliklər gətirmişdir. IBO ibtidai və orta məktəb sahəsində nümunəvi dünya şəbəkəsi quran yeganə təşkilatdır.
IBO özünün çox yüksək standartları və pedaqoji dəyərləri ilə bütün dünyada məşhurdur.

IB proqramı üç hissədən ibarətdir:

PYP(Primary Years Programme) – İbtidai sinif proqramı(1 – 4 siniflər)

MYP(Middle Years Programme) – Orta sinif proqramı(5 – 9 siniflər)

DP(Diploma Programme) – Diplom proqramı(10 – 11 siniflər)

Namizədə tələblər:

  • Ali təhsil – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə
  • Ən azı orta səviyyədə ingilis dili biliyi MÜTLƏQDİR
  • DİM-in proqramı haqqında bilik və abituriyent hazırlığında təcrübə MÜTLƏQDİR

Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına tabe olmaq
  • Abituriyentlərin dövlət imtahnına hazırlığında iştirak etmək
  • Orta sinif proqramı(MYP) çərçivəsində tədris aparmaq
  • Orta sinif proqramı(MYP) üçün nəzərdə tutulmuş dərs planlarının hazırlanmasında iştirak etmək
  • Mütəmadi olaraq yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;
  • Məktəb daxili imtahanlarda müşahidəçilik etmək;

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində vakansiyanın adını “Azərbaycan dili və ədəbiyyat müəllimi” qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Khazar University Dunya IB School tərəfindən digər vakansiyalar