Sənəd dövriyyəsi üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan sənədləri Elektron Sənəd Dövriyyəsi sisteminə daxil etmək və qeydiyyatını aparmaq;
  • Daxil olan sənədlərin icrasının nəticəsi olaraq dərkənar müəllifinə məruzə olunan xidməti sənədlərin və xaricolmaların ekspertizasını aparmaq;
  • Şirkətdə sənəd dövriyyəsinin operativ və optimal şəkildə təşkilini təmin etmək;
  • Sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
  • Şirkətin ümumi nomenklatur-siyahısını tərtib etmək, tabe qurumlarda ümumi nomenklatur-siyahının hazırlanması zamanı metodiki tövsiyələr vermək;
  • Şirkətə daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında və düzgün icrasına nəzarət etmək;
  • Şirkətdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək və işin təşkili ilə bağlı təkliflər vermək;
  • Şirkətə daxil olan sənədlərin icra vəziyyətinin monitorinqini aparmaq, aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
  • Şirkətdə kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətlərinə uyğun təkliflər vermək, təlimat və reqlamentiv sənədlər işləyib hazırlamaq, onların tətbiqini təşkil etmək;
  • Arxiv işinin təşkili üzrə əsasnamə və təlimatların tərtib olunmasında iştirak etmək;
  • Şöbənin fəaliyyətinə aid illik iş planlarının hazırlanması;
  • Şöbənin fəaliyyətinə aid hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək;
  • Şöbəyə icraya daxil olan sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılmasını, cavablandırılmasını və icrasını təmin etmək;
  • Rəhbərliyin imzası ilə xaric olan və xidməti məktubların, sərəncamverici sənədlərin texniki, qrammatik və orfoqrafik redaktəsi.

Tələblər:

  • Ali təhsil (Hüquq, beynəlxalq hüquq və s. müvafiq humanitar sahələr üzrə);
  • Müvafiq sahə üzrə azı 4 il iş stajı;
  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
  • Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməli;
  • Rus və ingilis dillərini bilməli;
  • Kargüzarlıq işinin təşkili qaydalarını bilməli;
  • Elektron sənəd dövriyyəsi proqramlarında iş təcrübəsi olmalı.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 25.02.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində Sənəd dövriyyəsi üzrə mütəxəssis yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi