Avans Hesabatı Üzrə Mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 20.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)

Vəzifə öhdəlikləri:

  • Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığının kassaya qaytarılmasına nəzarət;
  • Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
  • Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin  (NKA çekləri, qaimə-fakturalar, biletlər, qəbzlər və s.). təhvil alınması;
  • Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim etmək;
  • Müvafiq əməliyyatları 1C proqramına daxil etmək;

Tələblər:

  • Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
  • 1C 8.3 və  LOGO TİGER 3 proqramında sərbəst işləməyi bacarmaq;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Avans Hesabatı Üzrə Mühasib” yazıb göndərməklə [email protected] müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 21.02.2022

İşəgötürənin reytinqi