Xadimə

İşin təsviri

İş təsviri:

  • Ofisin, xidmət sahəsinin, sanitar qovshaqların, dəhlizlərin  təmizliyini həyata keçirir.
  • Tozları silir, pəncərə çərçivələrini, şüşələri, mebelləri təmizləyir;
  • Gün ərzində ümumişlək yerlərin mütəmadi təmiz saxlanılması;
  • Avadanlıqları iş yerinin prosedur və tələblərinə uyğun olaraq təmizləmək, dezinfeksiya etmək;
  • İş yerinin prosedurlarına uyğun olaraq avadanlıqların qəbul edilməz istismar vəziyyətində olmasını müəyyən etdikdə bu barədə məlumat vermək;
  • İş günü ərzində zibilləri təmizləmək, onları qablaşdıraraq zibil qutularına atmaq, tapşırılmış yeri təmiz saxlamaq və s. kimi işlər
  • Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək;
  • Komanda şəklində işləmək bacarığı;
  • İşçi və gələn qonaqlara çay-kofe xidməti təmin etmək
  • Diqqətli, məsuliyyətli və təmizkar;
  • Səmimi, nəzakətli və səbirli yanaşma;

İş barədə məlumat:

  • AR uyğun sənədləşmə
  • Əmək haqqı NET 400 AZN
  • Cins: Qadın.
  • Yaş həddi: 45-55 yaş
  • İş qrafiki: 1-5 ci günlər 09:30-17:30-dək, 6 cı gün 09:30-15:30 (bir saat nahar fasiləsi)
  • Həftədə bir dəfə istirahət verilir (bazar günü)
  • Nahar şirkət tərəfindən verilir
  • Avtovağzal-Şamaxinka ərazisindən servis var

İş yeri: Qaradağ, Səlyan şossesi 12-ci km, Shinkar Holding (şirkət)

Yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Email: [email protected]