Motion Designer

  • Content Agency
  • Elanın qoyulma tarixi: 18.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək;
  • Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq;
  • Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək üçün Layihə Meneceri ilə sıx əməkdaşlıq etmək;
  • 2 və 3D animasiyaların hazırlanması;
  • Sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;

Uzun sözün qısası, standart bir "Motion Designer" nə iş görürsə, hamısını görə bilən birini axtarırıq. Amma o qədər də standart olmasın. Çünki eyni zamanda bizə kreativ, yaradıcı, deyib-gülməyi bacaran biri lazımdır ki, həm işimiz yaxşı getsin, həm də nahar vaxtı söhbət edə bilək.

Tələblər:

  • Azərbaycan dili səlist (rus və ingilis dili bilməsi arzuolunandır);
  • Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere, Adobe After Effects proqramlarında təcrübəli olmaq;
  • Dizayner kimi 1-3 il təcrübə (kreativ agentlik təcrübəsi olanlara üstünlük verilir), həmçinin namizəd ilə görüş zamanı portfoliosuna baxılacaq;

İş qrafiki: 5 gün, (şənbə/bazar istirahət)

Əmək haqqı: (müsahibə əsasında təyin ediləcək)

Vakansiyaya müraciət üçün CV-nizi “Motion Designer” başlığı ilə göndərməyiniz xahiş olunur.

Email: [email protected]

Content Agency tərəfindən digər vakansiyalar