Bölgə Müdiri

İşin təsviri

Namizədə dair tələblər: 

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübə
  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı
  • İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı
  • Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir
  • Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma
  • Yaş həddi: 25-40
  • Sürücülük vəsiqəsi (B kategoriya), 

İş barədə məlumat: 

  • Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
  • Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
  • Mövcud müştərilərə əlaqələrin qorunub saxlaması, mütəmadi ziyarət olunması və sifarişlərin qəbulu, yeni məhsulların onlara təqdimatı və satışı
  • Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimatlandırmaların aparılması
  • Yeni müştərilərin cəlb edilməsi; mütəmadi olaraq potensial müştəriləri axtarılması, müəyyənləşdirilməsi, onlarla işgüzar əlaqələrin qurulması, məhsulların təqdimatı və satışının həyata keçirilməsi
  • Mövcud bazarın vəziyyətinin təhlil edilməsi, yeni satış həmlələri ilə çıxış etmə və onların rentabeliiyinin proqnozlaşdırılması və hesablanması
  • Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi

Təminatlar:

  • Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
  • Adekvat əmək haqqı və satışa görə bonuslar
  • Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi
  • Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
  • AR qanunvericiliyinə uyğun sənədləşmə

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı emailə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. 

Email: [email protected]