Keyfiyyətə nəzarət üzrə menecer

  • Bon Appetit
  • Elanın qoyulma tarixi: 17.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir:

  • İstehsal olunan məhsulların fiziki-kimyəvi və mikrobiolojik analizlərinə nəzarət etmək
  • Keyfiyyətə  nəzarət planının hazırlanması və icrasına nəzarət
  • Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
  • Laboratoriya, Kimyəvi Gigiyena Planının hazırlanması, nəzərdən keçirilməsi və yenilənməsi
  • Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların, problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər, Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq
  • Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğuna nəzarət etmək. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək
  • Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək.
  • Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək.
  • İstehsalın etibarlılığı və performansı üçün standartların qorunmasına nəzarət.

Sizdən nə tələb olunur?

  • Ali təhsil
  • Keyfiyyət menecmenti sistemində İSO və HACCP  standart tələblərini bilməli.
  • Qida sahəsində min. 3-4 il iş təcrübəsi.
  • Güclü analitik və problem həll etmə bacarığı.
  • Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Keyfiyyətə nəzarət üzrə menecer” qeyd etməklə [email protected] göndərə bilərsiniz.