Ofis menecer

  • StudyLab
  • Elanın qoyulma tarixi: 16.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
  • Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunun prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək; 
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
  • Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
  • Gündəlik və iclasların təsərrüfat xidmətinin təşkil edilməsi; Korporativ tədbirlərin təşkili;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi 
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
  • Sosial şəbəkə üzərindən daxil olan müraciətlərin cavablandirilmasi və müştərilərə şirkət və satis qiymətlər haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
  • Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
  • Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
  • Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi; 
  • Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası; Iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar v.s.);
  • Kompleksdə ümumi sahələrin təmizliyinə nəzarət, xadimələrin idarə edilməsi, onların təminatı ilə məşğul olmaq;
  • Kompleks ərazisini gündəlik olaraq yoxlamaq və Komendantla bu istiqamətdə sıx işləmək;
  • Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
  • Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər:

  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi.
  • Kargüzarlıq qaydalarını bilməlidir 
  • Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
  • Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı

Şərtlər:

  • İş qrafiki: Həftə içi 6 gün (1 gün istirahət) 09:00-18:00 və ya 12:00-21:00 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 
  • Əmək haqqı fərdi olaraq müzakirə olunur;
  • İş yeri : “StudyLab” Mərkəz Ofis 

Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – Ofis menecer yazıb [email protected]z CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 17 Fevral, 2022