İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: Proqram / Layihə idarə edilməsi sahəsində minimum 1 il təcrübə
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( texniki )
  • İnformasiya Texnologiyaları və trendləri barəsində biliklər
  • ERP anlayışı və CRM bilikləri;
  • Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə
  • Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
  • Analitik təhlil etmə və operativlik bacarığı
  • Komandada işləmə bacarığı

Vəzifələr:

  • Lahiyə öncəsi sifarişçinin tələblərini müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq;
  • Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
  • Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək;
  • Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək;
  • Layihə idarə edilməsi proqramları üzərindən Layihələrin statusun müəyyən etmək
  • Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı : ~1000 AZN (Daha dəqiq müsahibə əsasında bildirilcək)

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və [email protected]  e-mailin mövzu hissəsində mütləq “İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)”  qeyd etmələri xahiş olunur.