Memar köməkçisi (xanım)

  • AA Architect LLC
  • Elanın qoyulma tarixi: 12.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • İlkin eskizin/cizginin hazırlanması;
  • İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
  • Komunikasiya və konstruksiya bölmələrinə tapşırığın verilməsi və nəzarət.

Digər məlumat:

  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahədə 1-2 ildən çox iş təcrübəsi
  • ArchiCAD, AutoCAD
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;

Xahiş olunur şəkilli CV-ləri və portfolionu [email protected] e-mail ünvanına göndərin və mövzuda vakansiyanın  adını “Memar köməkçisi” qeyd edin.

AA Architect LLC tərəfindən digər vakansiyalar