Baş Mühasib (Milli Ofisinə)

İşin təsviri

SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası beynəlxalq humanitar “SOS Kinderdorf” təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri və Ailələrə Dəstək Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir.

 “SOS Uşaq Kəndləri-Azərbaycan”

Milli Ofisinə Baş Mühasib vəzifəsinə elan verir.

İş şərtləri
 Məşğullluq – tam
 İş vaxtı – həftəlik 40 saat
 Əmək Haqqı – 1550 AZN (vergilər daxil olmaqla)

Minimal meyarlar
 Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində Ali təhsil
 Baş Mühasib/İqtisadçı vəzifəsində ən azı 3 il iş təcrübəsi
 Mühasibat uçotu ilə bağlı yerli və beynəlxalq qanunvericilik sahəsində biliklər
 Azərbaycan dili - əla
 Ingilis dili - əla
 Rus dili - əla
 
Bilik və bacarıqlar
 Yerli mühasibat standartları sahəsində təcrübə
 Beynəlxalq təşkilatlarda işləmə təcrübəsi
 Dövlət subsidiyaları ilə işləmə təcrübəsi
 Müstəqil olaraq Büdcə tərtib etmə və büdcəni idarə etmək təcrübəsi
 Maliyyə analizi və proqnozu vermək bacarığı və təcrübəsi
 Lazımi maliyyə sənədlərinin hazirlanması bacarığı və təcrübəsi
 Maliyyə idarə etmə bacarığı və təcrübəsi
 Ehtiyaca uyğun lazımi hesabatların rəhbərliyə tərtib və təqdim olunması təcrübəsi
 Təhlil aparma qabiliyyəti , təcrübəsi
 Beynəlxalq təşkilatlarda işləmə təcrübəsi
 Ünsiyyət bacarığı
 Gərgin şəraitdə işləmə bacarığı
 Kompyuter biliyi (MS Office, 1 C, )
 Məsuliyyət hissi

Əlavə meyarlar
 NAVISION mühasibat proqramı üzrə biliklər
 Komandada işləmə bacarığı
 Kvalifikasiyasını təkmilləşdirməyə hazırlıq

 Uyğun namizədlər əlavə olunmuş ərizəni dolduraraq aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır):

 [email protected]

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında " MO Baş Mühasib" yazasınız.
Ərizələrin göndərilməsinin son tarixi 30 Noyabr 2012-ci il.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.