Satış müdiri

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 06.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış strategiyasının hazırlanması və tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması;
  • Bazar araşdırmaları, məhsul və satış təhlili;
  • Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (Korporativ satış, SMM, Loyallıq planı və s.);
  • Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
  • Görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
  • Müştəri məlumatlarının toplanması, CRM sisteminin qurulması;
  • Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək;
  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək;
  • Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək;
  • Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək;
  • Satış dövrünün tam nəzarəti;
  • Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
  • Satış kanallarının təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi.

Tələblər:

  • Ali təhsil;
  • Satış sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dilini bilmək zəruridir, Rus dili biliyi arzuolunandır;
  • B2B, B2C, Online, pərakəndə və topdan satış sahəsində iş xüsusiyyətlərinin praktiki biliyi;
  • Peşəkar danışıqlar aparmaq bacarığı;
  • Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
  • Təhlil, problemin həlli və qərar qəbul etmə bacarığı;
  • Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və böyük məlumat həcmi ilə iş bacarığı;
  • Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
  • Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
  • Kompüter bilikləri: MS Office proqramları.

İş şəraiti:

  • İş rejimi: I-V günlər, 09:00-18:00
  • Nahar yeməyi təmin edilir;
  • Korporativ nömrə verilir;
  • Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq danışıq yolu ilə təyin edilir.

 

https://glorri.com/bizimmarket/61d7f26010aa959feacce050-Sat%C4%B1%C5%9F%20m%C3%BCdiri?