“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
Vəzifə:Təchizat üzrə mütəxəssis
Struktur hissəsi:Təchizat departamenti
Birbaşa tabeçilik: Təchizat departamentinin müdiri
Vəzifələri:
• Cəmiyyətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchizi üçün müvafiq araşdırmalar aparır və nəticəsi barədə rəhbərliyə məlumat verir;
• Cəmiyyətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların alınması ilə bağlı danışıqların keçirilməsində iştirak edir;
• Cəmiyyətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların təchizi işində iştirak edir və buna görə məsuliyyət daşıyır;
• Cəmiyyətin sahibkarlıq fəaliyyətinin və bu sahədə əlaqələrinin genişlənməsi və təkmilləşdirilməsinə dair mütəmadi təkliflər irəli sürür;
• Daxili intizam qaydalarına və iş rejiminə əməl edir;
• Birbaşa rəhbərliyinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirir.
Tələblər Ən azı 3 il bu sahədə çalışmaq
Yaş 25-35 yaş
Dil bilgiləri: İngilis dili
Rus dili
Fərdi keyfiyyətlər Məsuliyyət
Diqqətlilik
Ünsiyyət qurmaq qabiliyyəti
Nəzakıtli olmaq
Əmək haqqı 800-1000 manat
Email göndərilərkən mövzu hissəsinə Təchizat üzrə mütəxəssis başlığı yazılmalıdır.
E-mail: [email protected]