Baş mühasib

İşin təsviri

Tələb olunur: Şəmkir Quşçuluq MMC-yə baş mühasib
(Şəmkir, Gəncə və Qazax regionlarında yaşayanlara üstünlük verilir)

Qısa məlumat: Şəmkir Quşçuluq MMC AtaHoldinq Şirkətlər Qrupuna daxildir.  "Şəmkir Quşçuluq” fabriki yumurtalıq və ətlik istehsal sahəsində ixtisaslaşmış təsərrüfatdır. 2005-ci ildə təsərrüfat yenidən qurulmuş və genişləndirilmişdir. Burada yumurta və broyler sexlərindən başqa, ən müasir avadanlıqla təchiz edilmiş yem sexi, kəsim, emal sexi və yeni inkubator binası tikilmişdir.

Əmək haqqı: 1000-1500 manat

Tələblər:
-Ən azı 3-il mühasibatlıq sahəsində təcrübə
-1c proqramında işləmə bacarığı
- Microsoft Office proqparmlar paketindən istifadə bacarıqları (Word, Excel, və digərləri)

Görüləcək işlər:
-Mühasibat uçotunun qurulması və nəzarətin təşkili
-Əsas vəsaitlərinin uçotu və təşkili
-Yerli dövlət orqanlarına (vergi, DSMF, statistika) hesabatların hazırlanması və təqdim edilməsi
-Maya dəyərinin hesablanması
-Pul vəsaitlərin uçotunun təşkili
-Aylıq maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət zərər, pul hərəkəti, kapital dəyişmələri)
-Gəlir və xərc büdcəsinin tərtib edilməsi və büdcənin icrasına nəzarət

Xahiş olunur CV-nizi [email protected] ünvanına göndərəsiniz.