Maliyyə analitiki

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 21.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
  • Cari xərclərin yoxlanılması və təsdiq olunması;
  • Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
  • Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
  • Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
  • Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
  • Malların marjinallığının hesablanması və təhlil edilməsi.

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il 
  • Təhsili/ixtisası: İqtisadiyyat üzrə ali təhsil
  • Təlim və kurslar: ACCA sertifikatları
  • Bacarıqlar: MS office (excel yüksək səviyyədə), Logo proqramı
  • Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Maliyyə şöbəsi
  • İş rejimi: 5 günlük  (09:00 – 18:00)
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Maliyyə analitiki" başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur