Xaricdə təhsil üzrə məsləhətçi

  • StudyLab
  • Elanın qoyulma tarixi: 16.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizə kim lazımdır?

  • Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
  • Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
  • Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
  • Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
  • İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
  • Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
  • Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Tapşırıqlar:

  • Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
  • Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
  • Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
  • Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
  • Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
  • Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə StduyLab şirkətini təmsil etmək;
  • Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
  • Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
  • Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək; Komanda ilə aktiv əməkdaşlıq etmək və
  • Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Şərtlər:

  • Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
  • Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
  • Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 17:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
  • Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası:http://[email protected] [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – Xaricdə təhsil üzrə məsləhətçi yazıb CV göndərməklə müraciət edilir.

Son müraciət tarixi: 17 Yanvar, 2022