Kiçik İT operator

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İT avadanlıqlarında (şəbəkə, müşahidə sistemləri, UPS avadanlıqları və s.) və əməliyyat sistemlərində çıxan texniki problemləri təyin etmək, ilkin problemləri aradan qaldırmaq, səbəbini araşdırmaq və qeydiyyatını aparmaq; 
  • Korporativ proqram təminatlarında yaranan kiçik problemləri həll etmək, mümkün olmadıqda isə aidiyyatı şəxsə yönləndirmək;
  • Müştərilərdən daxil olan müraciətləri düzgün analiz etmək və düzgün istiqamətdə yönəltmək;
  • Gündəlik edilən müraciətləri izləmək, qeydiyyatını aparmaq, yönləndirmək, həmçinin müştərilərdən gələn zəngləri cavablandırmaq;
  • Kompüter istifadəçilərinə avadanlıqlardan istifadə ilə bağlı ilkin təlimatlar keçmək, avadanlıq və proqramların düzgün şəkildə idarə olunması ilə bağlı məlumatlar vermək;
  • Cari tənzimləmələrin, standart operativ prosedurların, qabaqcıl təcrübələrin və tətbiq olunan yeniliklərin axışlarının qeydiyyatını aparmaq;
  • Korporativ prosedurlarımız çərçivəsində rəhbərləri tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək;
  • Şirkətin İT siyasət, prosedur, qayda və standartlarına müvafiq olaraq İT avadanlıqlarında çıxan nasazlıqları təyin etmək, həlli mümkün olmayan sıradan çıxmış avadanlıqlar barədə müvafiq qaydada şöbə rəhbərinə məlumat vermək;
  • Öhdəliyində olan işlərin gedişatı ilə bağlı mütəmadi olaraq rəhbərini məlumatlandırmaq, hesabat vermək;
  • Tələb olunan iş öhdəliyi çərçivəsində ehtiyac yaranarsa seminar və təlimlərdə iştirak etmək;
  • Komanda üzvləri arasında meydana çıxan iş bölgülərini bərabər və məsuliyyətli, keyfiyyətli şəkildə icra etmək;
  • İş şəraitində təhlükəsizlik qaydalarına mütləq əməl etmək və görülən işdən asılı olaraq uyğun təhlükəsizlik vasitələrindən istifadə etmək;
  • Müştərilərlə nəzakətli olmaq, düzgün ünsiyyət qurmaq;
  • İş prosesində işlərin çevik şəkildə, düzgün ardıcıllıqla icra olunmasına nəzarət etmək;
  • Müştərilərdə baş vermiş problemlərlə əlaqəli ən optimal həllini tapmaq və lazım gəldikdə uyğun tövsiyyələr vermək;
  • Təhkim olunmuş İT avadanlıqlarının düzgün şəkildə istismarına nəzarət etmək.

Tələblər:

  • İT Sahəsində Orta və ya Ali təhsili;
  • Minimum 1 il iş təcrübəsi;
  • Müştəriləri ilə işləmə qabiliyyəti;
  • Şəxsi keyfiyyətlər: punktual, məsuliyyətli, dəqiq və diqqətçil;
  • Yüksək praktiki intellekt;
  • Analitik düşünmə bacarığına sahib olmalı;
  • Komanda ilə işləmə;
  • Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
  • Kompyuter bacarıqları: MS Office, 1C programı.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 29.12.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kiçik İT operator” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

 

İşəgötürənin reytinqi