Anbar müdiri (Mingəçevir)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təsdiqlənmiş qaydaya uyğun iş prosesinin təşkili.
  • Ona bağlı olan əməkdaşların nizam-intizamının təşkili;
  • Əməyin təhlükəsizliyi qaydalarının təşkili;
  • Məhsulun sağlam və düzgün şəkildə yüklənilməsi (boşaldılması) üçün müvafiq  vəzifələrə təlimatların verilməsi;
  • Yükləmə və boşaltma zamanı lazımi alət və texnikaların təşkil edilməsi;
  • Daşınılacaq məhsulların çıxış anbarını müəyyən edərək anbar qeydiyyatçılarına və anbardara məlumat verilməsi;
  • Anbarda mövcud məshulların son istifadə tarixlərinin müəyyən edilməsi;
  • Məhsulların daxil olma və son istifadə tarixinə görə anbardan ixracının müəyyən edilməsi;
  • Məhsulların tələb olunan miqdara görə ixracının təmin edilməsi;
  • Məhsulların yükləmə və boşaldılma zamanı təhvil-təslim prosesinə nəzarət edilməsi;
  • Anbar regular sayımını təşkil etməli və anbar qalığına cavabdeh olmalı;
  • Məhsullara zərər verə biləcək həşəratlara qarşı lazımi dərmanlama proseslərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
  • İş vaxtı bitdikdə və ya qeyri iş günləri zamanı anbarın müvafiq qaydada mühafizəyə təhvil verilməsi;
  • Anbarlarda təmir ehtiyaclarının müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması.

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Anbar sahəsində  ən azı 3 il iş təcrübəsi olmalı;
  • Analitik düşünmə bacarığına sahib olmalı;
  • Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı
  • Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
  • Kompyuter bacarıqları: MS Office, 1C programı.

Maraqlananlar CV-lərini [email protected]  elektron ünvanına 29.12.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar müdiri (Mingəçevir)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

 

İşəgötürənin reytinqi