Xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını,
Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını,
Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını,
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını,
Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını,
Həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını,
İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını,
Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını,
Sanitar-maarifləndirmənin əsaslarını,
Daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.