Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 09.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Layihələrin idarəolunması sahəsində nəzəri biliklər;
  • Hər hansı sahə üzrə 1 ilədək iş təcrübəsi;
  • Analitik düşüncə tərzi;
  • Təşəbbüskarlıq;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərində sənədlərlə işləmək bacarığı olmalıdır;
  • Komandada işləmə bacarığı;
  • MS Office proqramlarını mükəmməl bilməlidir, xüsusilə, MS Project, MS Excel, MS Visio, MS Power Point;

Vəzifələr:

  • Şirkət daxili layihələrin həyata keçirilməsinə köməklik etmək;
  • Bütün daxili layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılmasına və arxivləşdirilməsinə köməklik etmək;
  • Şirkət daxilində icra olunan layihələr üzrə aylıq statusların əldə olunması və rəhbər heyətə bu barədə məlumatın göndərilməsində köməklik etmək;
  • Gələcəkdə şirkətdə Scrum Master/Layihə üzrə koordinator kimi fəaliyyətni davam etdirmək.

İş şəraiti:

  • İş saatları - 8 saat;
  • Nahar şirkət tərəfindən verilir;
  • Layihələrin idarə edilməsi üzrə xüsusi təlim proqramınına cəlb edilməsi;
  • Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq 500-600 AZN təyin olunacaqdır.

Vakansiya ilə bağlı son müraciət tarixi 30 yanvar 2022-ci il tarixidir.

Maraqlananlar CV-lərini “Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.