İnzibati işlər üzrə mencer

  • Atlas ES
  • Elanın qoyulma tarixi: 08.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər:

  • Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması
  • Müəssisənin fəaliyyəti ilə əlaqədar rəhbərliyin göstərişi ilə məktubların və digər lazım olan sənədlərin layihələrinin hazırlanması Müəssisə daxili toplantı və iclaslarının keçirilməsi təşkili və protokolların tərtib edilməsi                                           
  • Ofis daxili idarəetmə işlərinin yüksək səviyyədə yerinə yetirilməsi
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
  • Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi, iş görüşlərinin təşkili, hava və dəmiryolu biletlərinin sifarişi, mehmanxana  və otellərin  rezervasiyası,viza məsələlərinin təşkil edilməsi və nəzarətdə saxlanması
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək və riayət olunmasına nəzarət
  • Tabeliyində olan işçilərlə işin düzgün qurulması və koordinasiyası 
  • İşlə əlaqədar lazımi şirkətlərlə əlaqələrin yaradılması
  • Ofis daxili aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi 

Namizədə tələblər:

  • Ali təhsil
  • Azərbaycan, İngilis, Rus dillərini bilən və danışan.
  • Kompüter biliyi: MS Office , MS Excel, Adobe Acrobat proqramlarında sərbəst işləmək
  • Oxşar sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək
  • İdarəetmə bacarığı
  • Məsuliyyət və dəqiqlik
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
  • Planlaşdırma və təşkilat

Müraciət qaydası:

Müraciət üçün CV-i с[email protected]   elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik müraciət zamanı mövzu hissəsində vəzifənin adını qeyd edəsiniz.