Atlas ES


ATLAS ES 2003-cü ildən Azərbaycanda qeydiyyata alınan 100% yerli şirkətdir. Texniki bacarıqları və çox təcrübəli heyəti ilə qumvurma, təmizləmə, rəngləmə, kəndir ilə hühdürlüyü qət etmək sistemləri, passiv yanğından mühafizə kimi xüsusi örtüklərin istifadəsi, poliuretan materialları, isitmə və soyutma sistemləri, quruculuq, geotexniki və qazma-qumlama işləri, taxtabənd montajı(quraşdırılması), hava kompressorları və dizellə işləyən generatorların təchizatı və icarəyə verilməsi kimi xidmətləri təklif edir.

Bizim şirkət öz etikası və fəlsəfəsi ilə qürur duyur. Cəld reaksiya, sahibkarlıq qabiliyyəti, bazar iqtisadiyyatı haqqında ətraflı məlumata, böyük təcrübəyə sahib olmaqla peşəkar səviyyəli gənc aktiv komanda heyəti ilə birlikdə keyfiyyətli xidmət göstərir.

Biz fəxr edirik ki, qısa müddət ərzində regionun neft, qaz və energetika sənayesində bəzi aparıcı rəqiblərin sadiq iş tərəfdaşına çevrilmişik. ATLAS ES-də biz daima məhsullarımızı və xidmətlərimizi təkmilləşdirməklə öz müştərilərimizə xidmət göstərməyə, bazarda rəqabət üstünlüyünə nail olmağa və onu möhkəmləndirməyə çalışırıq.

Biz bu fürsətlə MDB çərçivəsində Azərbaycan və Gürcüstanda yerləşən şöbələri ilə müştərilərə inşaat, dağ-mədən, qida , quruculuq, Neft və Qaz və digər sənaye sahələrində ofşor və onşor zonalar üzrə müxtəlif xidmətlər göstərən şirkətimiz haqqında qısa məlumat veririk.

Şirkətimizin gənc olmasına baxmayaraq o idarə və texniki heyətimizin müxtəlif layihələr üzrə illərdir qazandığı Tikinti-quruculuq işlərinin təminatı, İsitmə və Soyutma sistemləri, Rəngləmə, Neft və Qaz sənayesi ilə əlaqədar olaraq müxtəlif sahələrdə korroziyaya qarşı örtüklərin istifadəsi və qumvurma işləri, geotexniki və qazma, qumlama işləri, Azərbaycanda və Gürcüstanda hava kompressorları və dizellə işləyən generatorların təchizatı və icarəyə verilməsi kimi təcrübəyə sahibdir.

Öz peşələrində təcrübəyə malik yüksək ixtisaslı əməkdaşlarımız təhlükəsizlik haqqında istehsalat standartlarına cavab verəcək şəklildə biliyə malikdirlər. Gördüyümüz hər bir işdə qarşımıza qoyduğumuz məqsəd təhlükəsiz, dayanmadan, minimum fasilə ilə yüksək keyfiyyət standartlarını təmin etmək olmuşdur.

     

“Atlas ES” MMC –də  ilk dəfə 2007-ci ildə əsas fəaliyyət sahələrinə daxil olan qumlama  və boya işləri üzrə  BS İSO 9001: 2000 , daha sonra isə 2010-cu ildə BS İSO 9001: 2008  tələblərinə uyğun olaraq sement və ya yanğına davamlı  materiallardan istifadə edərək köpükvurma işləri, mobil kompressor və dizel generatorlarının icarə xidməti, iskələ təchizatı sahələrinidə  öz faliyətin daxil edərək  fəaliyyət sahələri üzrə  Keyfiyyət İdarəetmə Sistemini tətbiq edərək “ SGS”   Ltd  Sertifikatlaşdırma orqanı tərəfindən sertifikasiyadan müvəffəqiyyətlə keçmiş  və sertifikata layiq görülmüşdür.

2015-ci ildə “Atlas ES” MMC  ,səthlərin korroziyadan müdafiəsi və qoruyucu örtüklərinin çəkilməsi  fəaliyyət sahələrinə daxil olan qumlama  və boya işləri, sement və ya yanğına davamlı  materiallardan istifadə edərək köpükvurma işləri,bundan başqa  mobil kompressor və dizel generatorlarının icarə xidməti, iskələ təchizatı xidmət sahələri üzrə  BS İSO 14001:2004  tələblərinə uyğun Ekoloji və OHSAS 18001:2007 tələblərinə uyğun isə Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi İnteqrəolunmuş Menecment Sistemi tətbiq olunmuş və sertifikatlaşdırılmışdır.

 

 “Atlas ES” MMC 2017-ci ilin dekabr  ayında  İSO Beynəlxalq standartların tətbiqini ,əsas fəaliyyət sahəsinə  izolyasiya  işlərinidə əlavə edərək, Keyfiyyət və  Ekoloji  Menecmet Sistemləri  üzrə  BS İSO 9001:2015 və , BS İSO 14001:2015 beynəlxalq standartlarının yeni versiyalarının  tələblərinə keçidi təmin etmiş və Keyfiyyət/ Ekologiya/ Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi İnteqrəolunmuş Menecment Sistemi SGS sertifikatlaşdırma orqanı tərəfindən sertifikasiyadan uğurla keçmişdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?