İşin təsviri
Tələb və öhdəliklər:
- Daimi olaraq müştəri perspektivlərini araşdırmaq və əlaqələndirmək;
- Brendin idarə olunması;(çatdırılma problemləri, köçürmələr, satıla bilməyən məhsulların anbara qaytarılmasını təşkil etmək);
- Şirkət məhsullarının hədəf kütləsinə uyğun PR-fəaliyyət sistemini formalaşdırmaq və həyata keçirmək;
- Büdcə və satış nəticələrinə görə malların düzgün sıralanmasını təmin etmək;
- Şəxsi heyətin korporativ təlimlərində iştirak etmək;
- Düzgün satış strategiyasının hazırlanması;
- Mağazanın aylıq satış qrafikinin düzgün quraşdırılması və hesablanmasını təmin etmək;
- Anbarın işinə nəzarət və mağazadakı anbarın vəziyyətini təhlil etmək;
- Yeni kolleksiyalar üçün sifariş öncəsi hazırlıq etmək;
- Yeni mağazaların açılışı ilə bağlı layihələrin hazırlanması;
- Şirkət tərəfdaşları ilə işgüzar danışıqların aparılması;
- Ticarət qaydalarına uyğun olaraq satış kampaniyalarının yaradılması və yoxlanılması ilə əlaqəli qaydaların təşkili və uyğunluğunun təmin edilməsi
- Görülən işlər barədə rəhbərliyə aylıq hesabat vermək;
- Heyət üçün təlimlərin təşkili və gedişata nəzarət;
- Mağaza heyətinin seçilməsi və idarə olunması.
Təhsil: Ali bakalavr və magistr təhsili
Bilik və bacarıqlar:
- Azərbaycan və İngilis dillərində danışıq və yazı qabiliyyəti;
- MS Ofis proqramlarından sərbəst istifadə bacarığı;
- Biznesin inkişaf istiqamətlərini dərindən anlamaq;
- Pərakəndə satış sahəsinə maraq;
- Liderlik qabiliyyəti;
- Komunikasiya bacarığı;
- Məsuliyyət;
- İnzibati və təşkilatçılıq bacarığı;
- Ezamiyyət, işgüzar səfərlər üçün imkanların olması;
- Kollektivdə işləmək bacarığı;
- Analitik düşünmə.
Tələb olunan Bacarıqlar:
- Analiz bacarığı;
- Qərar vermə bacarığı;
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
- Uğurlu namizəd üçün əmək haqqı 600-800 AZN olaraq müəyyən ediləcək.