Avans hesabatı üzrə mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Təhtəlhesab şəxslər tərəfindən alınan avansların təyinatından asılı olaraq müəyyən olunmuş iş günləri müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilməsinə və xərclənməyən pul qalığını kassaya qaytarılmasına nəzarət;
  • Ezamiyyə məqsədləri üçün verilən avans məbləğləri üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra onun tərəfindən 3 iş günü müddətində mühasibatlığa təhvil verilməsinə nəzarət;
  • Təhtəlhesab şəxsdən avans hesabatına aid xərcləri təsdiq edən bütün sənədlərin  (NKA çekləri, qaimə-fakturalar, biletlət, qəbzlər və s.) təhvil alınması;
  • Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması, imza edilməsi və təsdiq edilməsi üçün baş mühasibə təqdim edilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Namizədə tələblər:

  • Ali təhsil (Mühasibat və ya maliyyə ixtisası üzrə);
  • Analoji sahədə 2 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) və 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • Məsuliyyətli və işində dəqiq olmaq;
  • Analitik təhlil etmə qabiliyyəti;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Avans hesabatı üzrə mühasib” yazıb göndərməklə [email protected]m müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

 

Son müraciət tarixi 25.12.2021

İşəgötürənin reytinqi