Brend menecer

  • Super Toys
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq
  • Markanın inkişaf etdirilməsi üzrə strategiyanı hazırlamaq
  • Yeni məhsulları və ticarət nişanlarını bazara çıxarmaq
  • Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək
  • Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
  • Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək
  • İstehsalçılar və podratçılar ilə işin koordinasiyası
  • Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirmək
  • Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini vermək
  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq
  • Verilmiş tapşırıqların operativ və dəqiq yerinə yetirilmək

Namizəd üçün tələblər:

  • Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
  • Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi
  • Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı
  • Xarici dil bilikləri: Rus dili – səlis, İngilis dili- səlis
  • Mükəmməl ünsiyyət və təqdimat bacarığı
  • İşgüzar yazışmalar və şifahi danışıqlar aparmaq bacarığı

Şirkət təklif edir:

  • İş rejimi: Həftə içi 6 gün
  • İş yeri: Sədərək TM
  • Əmək haqqı: 1500 AZN
  • Əmək məcəlləsinə uyğun sənədləşmə

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “ Brend menecer“ qeyd etməklə [email protected] göndərə bilər