Layihə rəhbəri (Şərab evlərinin qurulması və idarəedilməsi üzrə)

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 21.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Ali təhsil ( Menecment ,Marketinq ,Biznesin idarəedilməsi  sahəsi üzrə);
  • Ticarət şəbəkələrinin qurulması və idarə olunması  üzrə ən azı 5 illik iş təcrübəsi; (İçki və qida sahəsi üzrə təcrübə üstünlükdür)
  • Səlis Azərbaycan dili , Rus dili və İngilis dili bilikləri;
  • Layihələrin idarəolunması üzrə beynəlxalq sertifikatın olması üstünlükdür:
  • İrəli səviyyədə MS Office bilikləri; 
  • İlkin maliyyə bilikləri.
  •  Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığının olması;
  • Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığının olması;

  Vəzifə öhdəlikləri:

  • Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
  • Layihənin maliyyə hesabatlarının tərtibi, gəlir və mənfəət göstəricilərinin analizi;
  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması.
  • Bazar araşdırmalarının aparılması.
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri,  Bakı Şəhəri, Səməd Vurğun küçəsi 34, AF MALL ticarət mərkəzi.
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə rəhbəri ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.