Xəzinədarlıq departamentinin direktor müavini

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 18.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şəhər: Bakı şəhəri

Yaş həddi:  25-45

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, CFA, ACCA və s.) olanlara üstünlük verilir;
  • Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında xəzinədarlıq sahəsində rəhbərlik (struktur) təcrübəsi;
  • Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danıma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili) 
  • Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı; 
  • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
  • Liderlik və işçi heyətini idarəetmə bacarığı; 
  • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
  • MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
  • Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
  • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
  • Aktiv və Passivlərin idarəedilməsində, bazar və likvidlik risklərinin qiymətləndirilməsi və idarəedilməsini həyata keçirmək;
  • Maliyyə bazarlarında əqdlərə birbaşa nəzarət edilməsi;
  • İdarə Heyəti tərəfindən verilən müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;

CV-lərinizi [email protected] göndərərkən Mövzu hissəsinə “Xəzinədarlıq departamentinin direktor müavini” yazmağı unutmayın.       

İşəgötürənin reytinqi