Çeşidləyici (Sumqayıt)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifariş qaiməsi əsasında anbardan dərman preparatlarını və digər tibbi ləvazımatları çeşidləyir;
  • Qaimədəki sifarişə əsasən dərman preparatlarının və digər tibbi ləvazımatların yararlılıq müddətini və seriyalarını çeşidləyib topladıqdan sonra nəzarətçiyə təqdim edir;
  • Nəzarətçinin qaimə əsasında yoxladığı sifarişin çeşidlərində və sayında problem olduqda onun tapşırıqlarını yerinə yetirir;
  • Rəflərdə dərman preparatlarını və digər tibbi ləvazımatların düzgün yığılmasına,müddət və seriyaların ardıcıllığı ilə düzülməsini təmin edir;
  • Rəfləri təmiz və səliqəli saxlayır;
  • Rəhbərinin göstərişlərini düzgün yerinə yetirir və istifadəsində olan inventar, avadanlıqları qoruyur, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edir.

Tələblər:

  • İş təcrübəsi: 0 – 1 il.
  • Riyazi təfəkkür və işin incəliklərinə diqqət;
  • Operativlik;
  • Böyük həcmli işdə işləmək bacarığı;
  • Komandada işləmək bacarığ;
  • Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
  • Kompüter bacarıqları: MS Office, 1C programı;
  • Anbar sahəsində çalışanlara üstünlük verilir.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Sumqayıt şəhəri

Maraqlananlar CV-lərini 03.12.2021-ci il tarixinə qədər [email protected] göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Çeşidləyici - Sumqayıt” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi