Merçendayzer

  • Retailor LLC
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil - Ali.
  • Dil – Azərbaycan və İngilis dilləri
  • Yaş – 24 - 30
  • Sürücülük vəsiqəsi – B – BC

Üstünlük verilir: Satış sahəsində çalışmış şəxslər.

Vəzifə öhdəlikləri:

  • Şirkət məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə satışın artırılması məqsədi ilə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlanmasını və realizə edilməsinə təmin etmək, qiymətinin kontrol edilməsi, məhsula satış görünüşünü vermək. 
  • Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq.
  • Satış nöqtəsində hərəkət istiqamətinə görə rəff başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısını birlikdə açılışına və düzülüşünə çalışmaq.
  • Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəff payı və penetrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksiklikləri barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etmək.
  • Şirkətin təqdim etdiyi uniformanı təmiz saxlamaq və geyim qaydasını pozmamaq.
  • Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.
  • Daim şirkətin mənafeyini və imicini qorumaq.
  • Verilmiş tapşırıqların tam icrası, hədəflərin vurulması, pul yığımı və yaranmış problemlərin vaxtında rəhbərliklə paylaşılması.

İş qrafiki: Altı günlük iş həftəsi

Əmək haqqı: 700-1000 manat

Müraciət üçün qeyd edilmiş link vasitəsi ilə qeydiyyatdan keçməyiniz xahiş olunur.

Retailor LLC tərəfindən digər vakansiyalar