SPA və İstirahət şöbəsinə terapist

İşin təsviri

Öhdəliklər: 

  • Masaj kabinetinin müştərilərini qəbul etmək, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və.s) öyrənmək.
  • Masajın tip və növünü müəyyən etmək. 
  • Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq. 
  • Masaj seansını (ümumi sağlamlıq,  idman, anti-sellülit, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək. 
  • Müştərinin “problemli” yerlərini müəyyənləşdirmək və seqment masaj etmək.
  • Müştərilərə özünü-masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr vermək. 
  • Müştərilərdən öyrəndiyi məlumatların konfidensiallığını təmin etmək. 
  • Tələb olunan hallarda müştərini, onun ehtiyacı olduğu metodlardan istifadə edən masajçıya rəsmi şəkildə yönləndirmək. 
  • Masaj kabinetində zəruri təmizlik və səliqəni təmin etmək.
  • Masaj sahəsində yerli və xarici təcrübəni öyrənmək, öz ixtisasını sistematik olaraq artırmaq. 
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Tələblər: 

  • Müvafiq sahədə diplom yaxud sertifikat

İş yeri: Qusar rayonu

Nəqliyyat, yerləşdirmə və qida şirkət tərəfindən təmin olunur 

Müraciət etmək üçün mövzu hissəsində “Terapist” qeyd etməklə CV-lərinizi [email protected] email adresinə göndərə bilərsiniz.

 

İşəgötürənin reytinqi

Shahdag Hotel Company tərəfindən digər vakansiyalar